Sumqayıt şəhərində ümumi sahəsi 60 kv.m olan istifadəyə yararsız tikilinin içərisində 3 kv.m sahədə məişət tullantıları yanıb.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanğın zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.