Azərbaycanda sahibkarlar kütləvi turizmi inkişaf etdirə bilərlər

Azərbaycanda sahibkarlar kütləvi turizmi inkişaf etdirə bilərlər
18:28 13 Yanvar 2016
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda turizm sahəsində çalışan sahibkarlar kütləvi turizmi inkişaf etdirmək yolu ilə ümumilikdə turizm sahəsini inkişaf etdirə bilərlər. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

M.Ağakərimov qeyd edib ki, ölkədə turizm xidmətlərinin qiymətlərində artım nəzərə çarpmır. Onun sözlərinə görə, turizm şirkətləri qiymət siyasətində ehtiyatlı olmalıdırlar: “Qiymət siyasətinə böhranın ilk illərində xüsusilə diqqət yetirmək lazımdır. Buna görə də turizm şirkətlərinə, nəqliyyat şirkətlərinə tövsiyə olunur ki, indi çox qazanc dalınca qaçmasınlar. Biz, ilk növbədə, Azərbaycana turist cəlb etməliyik. Sonra əlavə xidmətlər göstərməklə qazancı artırmaq mümkündür. Başqa ölkələrin turizm təcrübəsinə baxdıqda görmək olur ki, onlar turist cəlb etmək üçün müxtəlif reklam, marketinq üsullarından istifadə edirlər. Əksər ölkələr, məsələn, Türkiyə müxtəlif çeşidli əlavə turizm xidmətləri göstərməklə gəlir əldə edir. Bu əlavə xidmətlərin icərisində həm də suvenirlər, müxtəlif turizm növləri var. Biz də buna çalışmalıyıq”.

O bildirib ki, Azərbaycanda aztəminatlı turistlərin də istirahətini təmin etməkdən ötrü ucuz qiymətə xidmət göstərən hotellər inşa edilməlidir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2480036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR