FIFA-dan Bakı klubuna ŞOK CƏZA

FIFA-dan Bakı klubuna   ŞOK CƏZA
18:32 13 Yanvar 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

FIFA 11.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirib. 

Belə ki, “Bakı” ilə həmin klubda çıxış etmiş futbolçu Adnan Barakat arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alan AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

1. Azərbaycan birinci divizion yarışlarında "Bakı" FK-nın cari mövsüm aktivindən 6 xal silinsin.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR