"Baltika-Bakı": Azərbaycanda aparılan islahatlar sahibkarların fəaliyyətinə müsbət təsir edir

"Baltika-Bakı": Azərbaycanda aparılan islahatlar sahibkarların fəaliyyətinə müsbət təsir edir
18:38 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

Son illərdə Azərbaycanda aparılan islahatlar iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilib. Bunu Trend-ə “Baltika-Bakı” şirkətinin hüquqşünası Mehriban Tağıyeva deyib.

M.Tağıyevanın sözlərinə görə, onların sırasında lisenziyalaşdırma prosedurunun sadələşdirilməsi, rüsumların azaldılması, yoxlamaların ləğv edilməsini göstərmək olar.

O, qeyd edib ki, bütün bunlar ölkədə sahibkarların fəaliyyətinə müsbət təsir edir: “Lisenziyalaşdırılan məhsulun dövriyyəsi üzrə daha əvvəl qəbul edilmiş qərar iqtisadiyyatın inkişafına yönəldilib, lakin onun reallaşdırılması ilə bağlı müəyyən çətinliklər var idi. Bununla əlaqədar yuxarı instansiyalara dəfələrlə müraciət etdik ki, bizə tədbirlərimizin görülməsi üçün vaxt versinlər, belə ki, cəmiyyətə adaptasiya lazımdır. Və ötən gün qadağanın dayandırılması barədə qərar bizi sevindirdi”.

M.Tağıyeva əlavə edib ki, nağdsız ödənişlərin tətbiqinin bir çox müsbət tərəfləri var: “Onların sırasında, ilk növbədə, maliyyə əməliyyatlarının aparılmasında şəffaflığın təmin edilməsinı göstərmək olar. Lakin distribüterlərin və sıravi istehlakçıların bu prosesə uyğunlaşması üçün vaxt lazımdır”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR