Saxta pul və narkotik satanlar həbs edildi

Saxta pul və narkotik satanlar həbs edildi
18:39 13 Yanvar 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şərur rayon sakini Röyal Nəsirovun saxta pulların satışı ilə məşğul olması barədə məlumat daxil olub.

 

APA TV-nin xəbərinə görə, keçirilən əməliyyat zamanı R.Nəsirov 2000 manat saxta əsginası 700 ABŞ dollarına satan zaman saxlanılıb.

 

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun Nərimanov rayonunda kirayə yaşadığı mənzilə baxış keçirilib və oradan ümumilikdə 8485 manat, o cümlədən 36 ədəd 100 manatlıq, 65 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq və 39 ədəd 5 manatlıq saxta əsginas aşkar olunaraq götürülüb.

 

Baş İdarə əməkdaşlarının keçirdiyi növbəti uğurlu əməliyyat zamanı külli miqdarda narkotik maddənin dövriyyəyə buraxılmasının qarşısı alınıb. Siyəzən rayon sakini Röyal İlyasov 5 kiloqramdan artıq marixuananı 30000 manata satmaq istəyən zaman saxlanılıb.

 

Baş İdarə əməkdaşlarının keçirdiyi daha bir əməliyyat zamanı isə Xaçmaz rayon sakini Cəlal Məmmədova hədə-qorxu gələrək, ondan 3000 manat tələb edən Sumqayıt şəhər sakini Mehman Məmmədov paytaxtın Nizami rayonunda həmin məbləği alarkən tutulub.

 

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR