Kişilər hansı qadınlarla evlənmək istəmirlər?

Kişilər hansı qadınlarla evlənmək istəmirlər?
19:05 13 Yanvar 2016
122 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ailə qurmaq istəyən xanımlar bu yazını mütləq oxusun. Milli.Az Lent.az-a istinadən bildirir ki, evdə qalmaq istəmirsinizsə, belə olmayın!
 
Yemək bişirməyi bacarmayan qadın
 
Kişilər üçün dadlı yemək bişirən və əli bacarıqlı qadınlar bir addım öndədir.
 
Çox qısqanc qadın
 
Hər dəfə sevgilinizi gərəksiz yerə qısqanır, onun rahat nəfəs almasına imkan vermirsinizsə, o da təbii olaraq sizinlə bir ömür keçirməkdən qorxacaq.
 
Sevgilisinin xarakterini dəyişmək istəyən qadın
 
Bir kişini əldə etdikdən sonra dəyişdirə biləcəyinizi düşünmək və onu dəyişdirməyə çalışmaq edə biləcəyiniz ən böyük yanlışdır. Kimsə bütünlüklə dəyişməz, birini sevirsinizsə, olduğu kimi sevməli və onu dəyişdirməyə çalışmamalısınız.
 
Uşaq sevməyən qadın
 
Hər nə qədər bəziləri ata olmağa maraqlı deyil kimi görünsələr də, çoxu evdə kiçik bir mələyin qaçmasını istəyər. Buna görə uşaq sevməyən qadınlar kişilər üçün 1-0 geridədir.
 
Çox pul xərcləyən qadın
 
Qənaətcil, hesabını bilən, bir evi dolandıra biləcək qadınlar evlənəcək qadın kateqoriyasına rahat daxil olur. Amma lazımlı-lazımsız hər şeyə pul xərcləyən, qənaətsiz qadınlar kişilərin seçimi deyil.
 
Çox həssas qadın
 
Hər sözə görə inciyən, daim gözləri yaş olan çox həssas qadınlar kişilərin "evlənmək olar" siyahısına daxil deyil.
 
Atası ilə problemləri olan qadın
 
Bu tip problemləri olan qadınlar əsasən özündən yaşca çox böyük kişilərlə birlikdə olmağa üstünlük verirlər. Çünki içdən-içə atalarının əskikliyini doldurmağa çalışırlar. Qarşısındakı qadının məsuliyyətləri olduğunu dərk edən kişi onunla bir ömür keçirmək istəməyəcək.
 
Karyera həvəslisi qadın
 
Karyera sahibi, uğurlu, özgüvəni yüksək qadınların çazibədar olması inkar edilmir. Ancaq karyerasına ölüm-dirim məsələsi olaraq baxan, bütün planlarını karyera üzrə qurmuş qadın kişiləri qorxudur.
 
Liderlik oynayan qadın
 
Zamanla etdiyiniz liderlik davranışları sevgilinizin xoşuna getməyə bilər və özünü sevgilisi ilə deyil, müəllimə ilə vaxt keçirmiş kimi hiss edər. Bu, onu üzgün edir və sizdən uzaqlaşdırır.
 
Təmizkar olmayan qadın
 
Kişilərin xəyalı təmiz evdəki təmizkar bir qadındır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR