Azərbaycanda sahibkarlıq sahəsində islahatlar biznesi stimullaşdırdı

Azərbaycanda sahibkarlıq sahəsində islahatlar biznesi stimullaşdırdı
19:23 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılmasının iki il müddətinə ləğv edilməsi, biznesin aparılması prosedurunun sadələşdirilməsi və lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi sahibkarlığı stimullaşdırdı. Bunu Trend-ə "Standart Plus" şərabçılıq şirkətinin icraçı direktoru İlkin Piriyev deyib.

O bildirib: "Biz yanvarın 12-dən Azərbaycanın ticarət şəbəkələrində spirtli içkilərin nağd satışı qadağasının ləğvi təşəbbüsünü də tam dəstəkləyirik. Təcrübə göstərdi ki, əhali bu yeniliyə hələ kifayət dərəcədə hazır deyil".

İ.Piriyev qeyd edib ki, bunu nəzərə alaraq bu sahənin sahibkarları dövlət başçısına müraciət etdilər: "Dərhal müvafiq göstəriş verildi və bu məsələ qısa müddət ərzində həll edildi. Buna görə öz minnətdarlğımızı bildiririk".

Onun sözlərinə görə, dünya maliyyə bazarlarında qeyri-sabitliyə baxmayaraq, "Standart Plus" şirkəti inkişaf tempini qoruya və gələcək biznes-strategiyasını formalaşdıra bildi.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2480044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR