Tələbələr arasında peyntbol turniri keçirilib

Tələbələr arasında peyntbol turniri keçirilib
19:38 13 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Atıcılıq və Azərbaycan Velosiped İdmanı federasiyalarının tərəfdaşlığı, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam universiada” layihəsinin ilk turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində təşkil olunan peyntbol turnirində 8 ali təhsil müəssisəsinin komandaları mübarizə aparıb.
Turnirdə birinci yeri Xəzər Universitetinin təmsilçiləri tutublar. İkinci yerə Azərbaycan Memarlıq və İnşaat Universitetinin, üçüncü pilləyə isə Milli Aviasiya Akademiyasının komandaları sahib olub.
Layihənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onlar arasında sağlam həyat tərzinin təbliği, idmana maraq yaratmaqdır.






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR