"Iteca Caspian" bu il Azərbaycanda 16 beynəlxalq sərgi keçirəcək

20:02 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bu il bir sıra sərgilər yeni imicdə təşkil olunacaq. Hələ 2015-ci ildə regionun ən böyük sərgisi - Azərbaycan beynəlxalq inşaat (BakuBuild) sərgisinin yeni brendi təqdim olunub. Həmçinin, 2016-cı ildə “Worldfood Azerbaijan” və “Road&Traffic” sərgiləri ilə yanaşı, Azərbaycanın ilk ixtisaslaşmış sərgisi olan "Beynəlxalq Xəzər neft və qaz” (Caspian Oil and Gas) sərgisi də brendini dəyişəcək.
“TransCaspian” sərgisinin təqdim etdiyi sektorların genişlənməsi ilə əlaqədar olaraq, 2016-cı ildə bu sərgi “Dəmiryol infrastrukturu və hərəkət heyəti, dənizçilik sənayesi, aviasiya və nəqliyyat-logistika xidmətləri sərgisi “TransCaspian” adı altında təşkil olunacaq. Təşkilatçılar ayrı-ayrılıqda hər bir sektorun – həm nəqliyyat sektoru, həm də ümumilikdə iqtisadiyyat sahəsinin artan aktuallığını nəzərə alaraq belə bir qərar qəbul ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/iteca-caspian-bu-il-azerbaycanda-16-beynelxalq-sergi-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR