Azərbaycanda banklara 200 milyon dollar satıldı

Azərbaycanda banklara 200 milyon dollar satıldı
20:06 13 Yanvar 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa edib.

Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün yeni mexanizm ilə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib.

Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə edib. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.


ARDNF-nin binası

Ötən ilin oktyabr ayının 30-da ARDNF ölkənin daxili açıq bazarında mütəşəkkil valyuta satışı əməliyyatlarını dayandırıb.

Mütəşəkkil valyuta bazarında əsas valyuta satıcısı qismində Azərbaycan Mərkəzi Bankı, Dövlət Neft Şirkəti və Dövlət Neft Fondu çıxış edir.

Azərbaycanda "üzən məzənnə" rejiminə keçməklə əlaqədar Mərkəzi Bank mütəşəkkil valyuta bazarında "oyunçular"ın sayının artmasının vacib olduğunu bildirib.

Qeyd edək ki, Neft Fondunun valyuta satış qiyməti Mərkəzi Bankın təklif etdiyi qiymətdən 0,001 manata yaxın aşağıdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR