Əfsanəvi qapıçı özünü öldürmək istədi

Əfsanəvi qapıçı özünü öldürmək istədi
20:38 13 Yanvar 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Kolumbiya yığmasının keçmiş qapıçısı Farid Mandraqon intihara cəhd edib.

Qafqazinfo xəbər verir ki, məlumatı L`Equipe nəşri yayıb.

44 yaşlı Mandraqon xeyli dozada antidepresant dərman qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və hal-hazırda müalicəsi davam etdirilir.

Əfsanəvi qapıçı intihara cəhddən əvvəl şəxsi İnstaqram hesabında kiçik qeyd də paylaşıb:

"Öz həyatım haqda qərarı yalnız özüm verə bilərəm. Və ətrafdakıların məni günahlandırmağından yorulmuşam, özümü qorumaq imkanım yoxdur".

Lakin az sonra Mandraqon bu qeydi silib.

Xatırladaq ki, Mandraqon Türkiyənin məşhur "Qalatasaray", İspaniyanın "Saraqosa", Almaniyanın "Köln" klublarının şərəfini qoruyub. O, 2014-də ildə öz karyerasını doğma klubu "Deportivo"da başa vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR