Ardanın yeni sınağı

Ardanın yeni sınağı
20:56 13 Yanvar 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunları start götürür.

ANS PRESS-in məlumatına görə, ilk oyunda 4:1 hesabı ilə "Espanyol"a qalib gələn "Barselona" səfər matçında cütün taleyinə aydınlıq gətirəcək.

Hələlik qarşılaşmanın start heyəti açıqlanmasa da, Türkiyə millisinin üzvü Arda Turanın ilk dəqiqələrdən meydanda olacağı mətbuata sızıb. Bundan başqa Leonel Messi və Neymarın da Kataloniya derbisində start heyətində yer alacağı gözlənilir.

Həmçinin oyunda Messinin beşinci “Qızıl Top”nun təqdimatının olacağı bildirilir. Qeyd edək ki, sözügedən qarşılaşma saat 00:00-da start götürəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369634

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR