​Bosniya və Hersoqovina XİN başçısı: "Avropa İttifaqına üzv olmaq üçün müraciət edəcəyik"

​Bosniya və Hersoqovina XİN başçısı: "Avropa İttifaqına üzv olmaq üçün müraciət edəcəyik"
21:17 13 Yanvar 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı.13 yanvar. REPORT.AZ/ Bosniya və Hersoqovina Avropa İttifaqına üzvlüklə bağlı 2016-cı il yanvarın sonunadək quruma rəsmi müraciət edəcək.
"Report" "Financial Times"ə istinadən xəbər verir ki, bunu Bosniya və Hersoqovinanın xarici işlər naziri İqor Tsrnadak deyib.
Onun sözlərinə görə, London və Brüsseldən onlara müraciəti hazırlamağın vacib olduğu haqda siqnallar daxil olub. "Onlar bildirir ki, tələsməyək və əvvəlcə müraciəti hazırlayaq. Biz də bu qərar üzrə fəaliyyət göstərməyə çalışırıq".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR