Binaların həyətlərini zəncirləyənlər - VİDEO

Binaların həyətlərini zəncirləyənlər - VİDEO
21:52 13 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Çoxmərtəbəli binaların ümumi istifadədə olan həyətlərində kimsə müəyyən bir ərazini zəncirləyir, ya da hansısa başqa vasitələrlə dövrəyə alır ki, həmin yerdə ondan başqa kimsə avtomobil saxlaya bilməsin. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bəzi sürücülərin bu addımı binanın digər sakinlərinin haqlı narazılığına səbəb olur. Belə şəxslər qanun qarşısında da məsuliyyət daşıyırlar.

Mütəxəssislər bildirirlər ki, hündürmərtəbəli binaların həyətlərində ümumi istifadədə olan yerlərdə ərazinin bu formada zəbt edilməsi qanunsuzdur. Bu əməli törədənlər isə İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulan qaydada cərimələnə bilərlər.

Ekspertlər bildirirlər ki, həyətlərdə monitorinqləri genişləndirməklə belə halların qarşısını almaq mümkündür. Bu işdə vətəndaşların fəallığı da önəmlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR