"Bəlkə, gələn ildən bu mükafatı Facebook vasitəsilə təqdim etsinlər?"

"Bəlkə, gələn ildən bu mükafatı Facebook vasitəsilə təqdim etsinlər?"
22:05 13 Yanvar 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın kapitanı Filipp Lam "Qızıl top"un hazırki müəyyən olunma qaydasına qarşı çıxıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi il ərzində televizyada çox görünən futbolçunun mükafata daha şanslı olduğunu hesab edib.

"Bəlkə, gələn ildən bu mükafatı Facebook vasitəsilə təqdim etsinlər? Nəticə eyni olacaq. Həmin sosial şəbəkədə ən populyar futbolçular 108 milyon izləyici ilə Ronaldu, 81 milyon izləyicisi olan Messi və 54 milyon izləyicisi olan Neymardır. Əvvəla, Messi, Ronaldo və Neymarı fantastik futbolçu hesab edirəm. Onların son üçlükdə olmasına heç bir iradım yoxdur. Amma başqa sual məni düşündürür. Dünyanın ən yaxşı futbolçusunu seçmək üçün səsvermə nəyə əsasən aparılır? Aydındır ki, insanlar təqvim ilində özünü hamıdan yaxşı göstərən oyunçunu seçirlər.

"Qızıl top"un sahibi meydanda göstərilən oyun və komandanın qazandığı titullara əsasən təyin olunur. Bu formatda pis heç nə yoxdur. İlin ən yaxşısı beynəlxalq səviyyədə çıxış edən və əsas klub turnirlərində uğur qazanan futbolçulardan seçilir ki, bu da məntiqlidir. Bununla yanaşı, səsvermədə iştirak edən milli komandaların məşqçiləri və kapitanları, 209 ölkənin idman jurnalistinin az hissəsi bu sahədən məlumatlı olsa da, qeyd olunanları nəzərə alır. Mən özüm də çoxluğun arasındayam. Bu prosedur mənə tanışdır. Mövsümün gedişində namizədlər siyahısında 3 futbolçunun adını seçmək üçün məktub alırsız. Eynilə Facebook səsverməsi kimi. Biz yenidən adı parlayan və ən məşhur oyunçuları seçirik".

"Qızıl top" dünyanın ən yaxşı hücumçusuna verilən mükafata çevrilib. Bu, müdafiəçi kimi qısqanclığım deyil. Statistika sözlərimi sübut edir. Fabio Kannavaro "Qızıl top"a sahib çıxan yeganə müdafiəçidir. Unudulmaz Lotar Matteus 1991-ci ildə, bir neçə il sonra Zidan yarımmüdafiəçi kimi bu mükafatı qazanmışdı. Amma bu hadisələr rəqəmsal eradan əvvələ təsadüf edir. Kan və Noyer podiuma qədər irəliləmişdi. Lakin Yaşindən sonra "Qızıl top"a heç bir qapıçı layiq görülməyib. Qısası, qollar vuran futbolçular analoji mükafata real namizəd kimi göstərilir. Əlbəttə, topun tora qovuşduğu an futbol oynayan uşaqları riqqətə gətirir və peşəkar karyera qurmağa həvəsləndirir. Bizim növdə güclü hücumçular, qolyadorlar, qəhrəmanlar lazımdır. Amma futbol daha artıq şeydir. Futbol - komanda işi, müdafiə, ötürmələr, əzmkarlıqdır. Hesab edirəm ki, FİFA mükafatları mətbuatın işarə etdiyi şəxsə təqdim etməli deyil. Bir indvidual mükafat əvəzinə futbolda bir neçəsini təsis etmək olar : ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçuya. Bir oyunçunu hər şeydə ən yaxşı adlandıra bilmərik. Bununla yanaşı, Messi "Qızıl top"un layiqli sahibidir. Onu təbrik edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR