"Qalatasaray"ın məşhur qapıçısı intihara cəhd etdi (FOTO)

"Qalatasaray"ın məşhur qapıçısı intihara cəhd etdi (FOTO)
22:06 13 Yanvar 2016
18 İdman
Ölkə mətbuatı
A- A+

Bir vaxtlar "Qalatasaray"ın heyətində xaruqələr yaradan kolumbiyalı qapıçı Fərid Mondraqon özünə qəsd edib.

ANS PRESS-in məlumatına görə, buna səbəb əfsanəvi qapıçının psixoloji sarsıntı keçirməsidir.

45 yaşlı Mondi həyat yoldaşı ilə boşanma ərəfəsində olduğundan psixoloji sarsıntı keçirib. Məhz bu səbəbdən onun intihar təşəbbus göstərdiyi bildirilir.

Mondraqon intihar etmək məqsədiylə çoxlu dərman qəbul edib. Vaxtında xəstəxanaya çatdırılan qapıçını xilas etmək mümkün olub. Həkimlər Kolumbiya millisinin sabiq üzvünün hazırda vəziyyətinin yaxşı olduğunu qeyd edib.


Mondraqon "Qalatasaray"-"Beşiktaş" derbisində

6 il "Qalatasaray" forması geyinmiş Mondraqon indiyədək azərkeşlərin sevimlisi olaraq qalır. Sonuncu dəfə o, keçən il ailəsi ilə birgə "TT Arena" da keçirilən "Qalatasaray"-"Beşiktaş" derbisini izləyib.



Qeyd edək ki, bir müddət əvvəl "Qalatasaray"ın şərəfini qoruyan digər futbolçusu ölümdən dönmüşdü. İtaliya çempionatının "Cenoa" - "Sampdoria" oyununda meydan sahiblərinin futbolçusu Blerim Cemaili ciddi zədə almışdı.

Qarşılaşmanın ilk hissəsində oyun epizodlarından birində top isveçrəli oyunçunun başına dəyib. Zərbədən futbolçunun huşu gedib. Bu səbəbdən o əvəzlənməli olub.

Dərhal xəstəxanaya çatdırılan Cemaili gecəni həkim nəzarətində keçirməli olub. Xoşagəlməz hadisə ilə bağlı açıqlama verən 29 yaşlı futbolçu həmin andan sonra heç nə xatırlamadığını bildirib. Həkimlər futbolçunun ciddi təhlükədən yan keçdiyini qeyd ediblər.


Blerim Cemaili

Cemaili müqavilə ilə "Qalatasaray"a məxsusdur. İcarə əsasında 1 illik "Cenoa"da çıxış edən futbolçunun İstanbul təmsilçisi ilə 2017-ci ilə qədər sözləşməsi var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR