Fransada məktəblilər qar uçqununa düşüb, ölən və xəsarət alanlar var

Fransada məktəblilər qar uçqununa düşüb, ölən və xəsarət alanlar var
22:27 13 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın cənub-şərq bölgəsindəki İzer departamentində bir qrup məktəbli qar uçqununa düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 məktəbli ölüb, daha 3-ü  xəsarət alıb.
 
Huşsuz halda tapılan məktəblilər xəstəxanaya çatdırıblar.  Onların vəziyyətlərinin  ağır olduğu bildirilir.
 
Təbii fəlakət nəticəsində qarın altında qalan digər məktəblilərin axtarışı davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR