Süni qiymət artıranlar cəzalandırılır - VİDEO

Süni qiymət artıranlar cəzalandırılır - VİDEO
22:47 13 Yanvar 2016
115 Digər
Ölkə mətbuatı
A- A+

Manat devalvasiysından istifadə edərək suni şəkildə məhsulların qiymətini qaldıranlara qarşı mübarizə gücləndirilib. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, mütəmadi olaraq mağazalarda monitorinqlər aparılır və əsası olmadan qiyməti qaldıranlara qarşı sərt cərimələr tətbiq edilir. Mağazalardakı müşahidələr isə göstərir ki, hər hansı məhsulun qıtlığı yaşanmır.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokurorluq ərzaq məhsullarının qiymətini suni şəkildə artıranlara qarşı mübarizə tədbirləri gücləndirilib.

Artıq suni qiymət artımına yol verən "Giləzi quşçuluq şirkəti" MMC, "Hacıqabul quşçuluq şirkəti" MMC və "Astel ltd"MMC-nin vəzifəli şəxsləri barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və istehlakçıları aldatma maddələri ilə cinayət işi də başlanıb. Marketlərdə hər hansı bir məhsulun qıtlığı müşahişdə edilmir.

Dövlət orqanları ərzaq məhsullarının bilərəkdən satışa çıxılmamasına da qarşı nəzarət həyata keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR