Ölkəyə yağan qar nəyin xəbərçisidir?

Ölkəyə yağan qar nəyin xəbərçisidir?
22:52 13 Yanvar 2016
102 Digər
Ölkə mətbuatı
A- A+

Yanvar-fevral ayında Azərbaycanda qarın yağması kənd təsərrüfatı baxımından çox əhəmiyyətlidir. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qarın yağması əsas çatışmayan problemlərdən olan su ehtiyatlarının xeyli artmasına və gələcəkdə məhsuldarlığın bir qədər yüksək olmasına səbəb ola bilər və bu il məhz belə nəticə gözlənir. Qax rayonunun əkin sahələrinin suvarılması üçün sular əsasən Kürmük çayından götürülür ki, qarın yağmasının çaylara, xüsusən də Kürmük çayına təsirini araşdırmışıq..

Son günlərdə Şimal-Qərb bölgəsində qarın bir neçə gün ard-arda yağması, ardınca isə müşahidə olunan günəşli hava dağlardakı qarın əriməsinə və çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub. Bu da təsərrüfatda suvarma işlərinin aparılması üçün böyük su ehtiyatıdır.

Qax rayonunda mövcud əkin sahələrinin suvarılması üçün əsasən Kürmük çayından istifadə olunur. Qeyd edək ki, Kürmük çayının məcrasında tikilən baş sugötürücü qurğu, qurulan nasos stansiya vasitəsi ilə əkin sahələri tam suvarıla bilir. Çaylarda suyun bol olması isə bol məhsulun təminatıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR