İrandan və Türkiyədən ət idxalı qadağan edilib - VİDEO

İrandan və Türkiyədən ət idxalı qadağan edilib - VİDEO
22:57 13 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

İrandan və Türkiyədən ölkəmizə ət gətirilməsi qadağan edilib. Buna səbəb hər iki ölkədə iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılmasıdır.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ötən ilin dekabr ayının əvvəllərindən Türkiyədən, yanvarın 11-dən etibarən isə İrandan Azərbaycana ət gətirilməsi qadağan edilib.

Buna səbəb İranın 4, Türkiyənin isə 13 bölgəsində iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin baş verməsidir. 

Dabaq, heyvanların infeksion xəstəliyidir. Ağızdan seliyin axması, dırnaq tacında yaraların əmələ gəlməsi, heyvanın axsamağı. Bu xəstəliyin 7 tipi və 70-ə yaxın növü var. Xəstəlik insana da keçə bilər.

Ölkəmiz Türkiyə və İrandan diri heyvan və heyvandarlıq məhsulları almır.  Bu qadağa əsasən kiçik və orta sahibkarları əhatə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR