General: “Azərbaycan ordusunun hərtərəfli hazırlığı torpaqlarımızın işğaldan azad olunmasına böyük inam yaradıb”

General: “Azərbaycan ordusunun hərtərəfli hazırlığı torpaqlarımızın işğaldan azad olunmasına böyük inam yaradıb”
23:47 13 Yanvar 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ “Azərbaycan ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub”.
“Report”un xəbərinə görə, bunu Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov deyib.
O bildirib ki, bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvanda yerləşən hərbi hissələrin də maddi-texniki təminatı gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb: “Yaradılmış şərait çağırış yaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verir. Ordumuzun hərtərəfli hazırlığı tezliklə torpaqlarımızın işğaldan azad olunmasına böyük inam yaradıb”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR