"Azərbaycanda stadionlar xoşuma gəlmir" - Roman Qriqorçuk

"Azərbaycanda stadionlar xoşuma gəlmir" -   Roman Qriqorçuk
00:17 14 Yanvar 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

"Düzünü desəm, Azərbaycanda stadionlar xoşuma gəlmir. Əlbəttə, söhbət Bakıdakı arenalardan getmir. Hansı ki, onların bəzisi yenicə inşa olunub. Amma bizim klub da belə müasir stadiona sahib olmalıdı. Belə problem Azərbaycanın əksər klublarında var". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

"Dinamo"sunun rəsmi saytına açıqlama verən mütəxəssis Azərbaycan futbolunda onu qane etməyən məqamlardan söhbət açıb: "Bu mənada "Qəbələ" rəhbərliyi də məni çox yaxşı başa düşür. Biz bu barədə çox danışmışıq. Mənə söz veriblər ki, klub üçün yeni arenanın inşa etdirilməsi problem deyil. Avropa Liqasının qrup mərhələsindəki çıxışımızdan sonra klubumuzun rəhbərliyinin iddiaları daha da artıb. Hamı ancaq futbolun inkişafında maraqlandırır".

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycanda-stadionlar-xouma-glmirquot-t46776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR