Putin telefonda Obama ilə danışdı (FOTO)

Putin telefonda Obama ilə danışdı (FOTO)
00:51 14 Yanvar 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Ağ Evə istinadən Associated Press xəbər verib. Ağ Evdən verilən xəbərdə iki ölkə liderinin uzun müddət telefonla söhbət etdiyi bildirilir.

Prezidentlər əsasən Ukraynada və Suriyada vəziyyətin sabitləşməsini müzakirə ediblər. Həmçinin ümumi vəziyyət müzakirə olunub.


Vladimir Putin - Rusiya prezidenti

Xatırladaq ki, bu gün ABŞ prezidenti Barak Obama senatın və Nümayəndələr Palatası konqressinin qarşısında ölkənin vəziyyəti haqqında illik müraciətlə çıxış edib. Obama öz çıxışında Rusiya barədə danışıb. ABŞ lideri bildirib ki, Ukrayna və Suriya Rusiya Federasiyasının təsiri orbitindən keçir.



Tərəflər sonuncu dəfə keçən il telefonla danışıb. Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obama ilə son danışığında ondan Ukraynada güc tətbiqinin və qan tökülməsinin qarşısını almaq üçün Amerika tərəfini mövcud imkanlarından maksimum istifadə etməyə çağırıb.


Ukrayna ərazisi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369655

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR