Bakı, 14 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Barak Obama ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ tərəfinin təşəbbüsü ilə reallaşan telefon danışığı zamanı prezidentlər Ukrayna və Suriyadakı böhranın həlli yollarını ətraflı müzakirə ediblər.