20 Yanvar qan yaddaşımızdır

20 Yanvar qan yaddaşımızdır
02:38 14 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Masallı, 14 yanvar, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “dəyirmi masa”da faciə qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsi ilə birgə təşkil etdiyi “20 Yanvar- qan yaddaşımız” mövzusunda keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qanlı olayla bağlı sənədli film nümayiş olunub.
Toplantıda çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Ağayev, təhsil şöbəsinin metodisti Əyyar Burhanov və başqaları Azərbaycan xalqının tarixinə qanlı yanvar kimi daxil olmuş hadisədən danışaraq, milli azadlıq yolunda canlarından keçmiş Vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını bildiriblər.
Qeyd olunub ki, xalqımızın ağır günlərində ümummilli lider Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyində verdiyi bəyanatında qanlı hadisələri pisləyərək, buna qəti etirazını bildirib.
Vurğulanıb ki, Ulu Öndər 1991-ci ildə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışarkən bu faciəyə hüquqi-siyasi qiymət verilib. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il noyabrın 21-də Yanvarın 20-nin ümumxalq hüzn günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Tədbirin sonunda gənclərə 20 Yanvar faciəsi ilə bağlı bukletlər paylanılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_qan_yaddasimizdir-918283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR