“Gərək hər bir kəs öz yorğanına görə ayağını uzatsın” (VİDEO)

“Gərək hər bir kəs öz yorğanına görə ayağını uzatsın” (VİDEO)
02:41 14 Yanvar 2016
94 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün qlobal böhranın ölkəmizə təsirlərinin azaldılması istiqamətində görülən, yaxud görülməli olan tədbirlər və bu tədbirlərlə bağlı gözləntilərimiz bir daha müzakirə olunacaq.

Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı ekspert,Oqtay Haqverdiyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası məzunu, “Azərsun Holdinq” şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov və araşdırmaçı-jurnalist “Haqqın.az”, “Virtualaz.org” saytlarının təsisçisi, “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev “Nəzər Nöqtəsi”ndə sualları cavablandırıb.

Qlobal iqtisadi böhranın Azərbaycana təsirləri artıq göz önündədir. Artıq manatın devalvasiyası haqqında kifayət qədər danışılıb. Hazırda biz bunu öz həyatımızda hiss edirik. Yaranmış vəziyyətdən çıxış yolları, atılan addımlar barədə elə ANS-in efirində bir neçə gündür ki, ekspertlər, dövlət məmurları, millət vəkilləri danışırlar. Açığı bəzən bu danışıqlarda, fikirlərdə ziddiyətli məqamlar da olur. Nəticədə bununla bağlı müəyyən çaşqınlıqlar da yarana bilər. İstərdim ki, ilk növbədə iqtisadi situasiyaya aydınlıq gətirək.

– Oqtay müəllim, artıq bölgələrdə etirazlar baş qaldırıb. Etiraz edən insanlar isə konkret tələblərlə çıxış edirlər. Xatırladım ki, spirtli içkilərin və tütün məmulatların satışı ilə bağlı etirazlar oldu. Nəticədə bununla bağlı bəlli qərar qəbul edildi, yəni qadağa aradan qaldırıldı. Həmçinin unun qiymətinin aşağı endirilməsi ilə bağlı artıq topdan satış məntəqələrinə göstərişlər verilib. Belə bir anlaşılmazlıq yaranır. Bu qiymətlər süni olaraq artırılır yoxsa, onların qiymətinin aşağı salınması sünidir. Burdan belə bir nəticə ortaya çıxır ki, etirazlar sonucunda məcburiyyət qarşısında belə bir qərarlar qəbul olundu.

- Yaranan problemin dərinliyinə nəzər yetirəndə və sizin qeyd etdiyiniz bütün bunlar hamısı nəticədir. Səbəb isə dünyada gedən qlobal iqtisadi böhrandır. Biz də dünya iqtisadi sistemin bir tərkib hissəsiyik. İstər-istəməz bu bizə də öz təsirini göstərməli idi. Ona görə ki, bizim iqtisadiyyat uzun illər neft və qazdan asılı olub. Bu məhsulların da dünya bazarında qiyməti aşağı düşən kimi problem yarandı. Uzun illər qeyri-neft sektorunun inkişafı ilə bağlı cənab prezident öz çıxışlarında bunu qeyd edirdi. Artıq elə bir zamana gəlib çıxmışıq ki, qeyri-neft sektorunun inkişafı prosesi daha da surətlə həyata keçirilməlidir. Və bu məqsədyönlü olmalıdır.

– Prezident bu istiqamətləri müəyyənləşdirdi. Bunların icrası ilə bağlı vəziyyət nə yerdədir?

– Hər şeyi idarəetmədən başlamaq lazımdır. Bizdə hazırda 20 nazirlik, 6-7 komitə fəaliyyət göstərir. Məsələn, Fransda17, İngiltərədə isə cəmi 12 nazirlik fəaliyyət göstərir. İslahatlara əvvəlcə bundan başlamaq lazımdır. Bir də ki, burda insan faktoru, kadr məsələsi ortaya çıxır. Belə ki, hər hansı bir nazirliyi ləğv etməklə problem həl olunmur. Bunun üçün kadır tapmalısan ki, bu işi yüksək səviyyədə həyata keçirə bilsin. Prezident öz çıxışında bütün sahələr üzrə inkişaf istiqamətini göstərdi. İndi müvafiq qurumlar bu istiqamətlər üzrə proqramlar hazırlamalıdırlar. Məndə olan məlumata görə, bu gün İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi birlikdə antiböhran proqramı hazırlayırlar. Yəqin ki, yaxın vaxtlarda bu proqramın tətbiqinə başlanılsın. Proqram bütün sahələri əhatə edəcək. Bu proses nəzarətdən çıxmayıb. Proseslərə nəzarət edilir.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR