Türkiyədə növbəti terror hadisəsi: ağır yaralılar var

Türkiyədə növbəti terror hadisəsi: ağır yaralılar var
03:26 14 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Diyarbəkir vilayətində 6 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, vilayətin Çinar rayonunda PKK terrorçuları eyni anda 3 müxtəlif yerə hücum edib.

Yerli vaxtla saat 23.30-da (Bakı vaxtıyla 01.30) terrorçular polis şöbəsi, jamdarm idarəsi və polislərin xidməti mənzillərinə qumbaraatan, iri çaplı silah və küstar üsulla hazırlanmış bomba ilə hücum ediblər. təhlükəsizlik qüvələrinin cavab atəşi ilə tərəflər arasında insident baş verib.



Silahla və qumbaraatanla ilk atəş zamanı 1 nəfəri uşaq olmaqla 2 mülki sakin və 4 nəfəri polis olmaqla ümumilikdə 6 nəfər ağır yaralanıb. Yaralılar dərhal Çinar rayon dövlət xəstəxanasına çatdırılıblar.

Bir müddət davam edən atışmadan sonra terrorçular hadisə yerindən qaçıblar. Qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR