ABŞ Ukraynaya silah verilə biləcəyini istisna etmir

ABŞ Ukraynaya silah verilə biləcəyini istisna etmir
03:34 14 Yanvar 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Pentaqon 2016-cı ildə Ukraynaya letal (öldürücü) silah verilə biləcəyini istisna etmir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə nazirliyinin rəsmi nümayəndəsi Mişel Baldanza bəyan edib.

 

“Hazırda biz müdafiə sahəsində növbəti addımlarımız müəyyən etmək üçün Ukraynadakı həmkarlarımızla sıx təmasdayıq”, deyə Pentaqon rəsmisi bildirib.

 

O həmçinin xatırladıb ki, ABŞ Konqresi Ukraynaya silah verilməsinə dair qətnamə qəbul edib. Qanun layihəsi 612 milyard dollarlıq hərbi büdcə xərclərindən Ukrayna ordusuna 300 milyon dollar yardım göstərilməsini nəzərdə tutur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR