İlham Əliyevin ABŞ-a səfəri yeni başlanğıclar vəd edir (VİDEO)

İlham Əliyevin ABŞ-a səfəri yeni başlanğıclar vəd edir (VİDEO)
03:56 14 Yanvar 2016
73 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obamanın İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi iki ölkə arasında yeni başlanğıc vəd edir.

Amerikalı siyasi şərhçilər də hesab edirlər ki, səfər nəticəsində ABŞ-Azərbaycan arasında son vaxtlar müşahidə olunan soyuqluq aradan qalxacaq və iki ölkə arasında əməkdaşlıq daha da inkişaf edəcək. Azərbaycanla ABŞ-ın bir çox məsələlərlə maraqları üst-üstə düşür.

ANS TV-nin ABŞ bürosunun məlumatına görə, Vaşinqtonda keçirləcək IV Nüvə Təhlükəsizliyi Sammiti üçün artıq işlərə başlanılır.

Sammitə dəvət alan Azərbaycan prezidenti İlham Əliyevin səfəri Amerikanın paytaxtında indidən maraqla gözlənilir. Amerikada düşünürlər ki, səfərin gerçəkləşməsi iki ölkə arasındakı münasibətlərə böyük xeyir gətirəcək.

Qarabağ Fondunun rəhbəri Diana Altman deyir ki, Azərbaycanın geosiyasi əhəmiyyətini tanıyırıq: “Amerikanın təhlükəsizliyi üçün, xüsusi ilə silahların yayılmaması mövzusunda Azərbaycan çox əhəmiyyətlidir. Amerikada çox adamlar ümid edir ki, Azərbaycan prezidentinin yazdakı səfəri əlaqələri yaxşılaşdıracaq. İki ölkəni bir-birinə daha yaxın edəcək və bu əlaqələr əslində olduğundan daha yaxşı olacaq. Xüsusilə bu narahat zamanda”.

Azərbaycanın Amerikada çoxlu dostları olduğun söyləyən Qarabağ Fondunun rəhbəri Diana Altman düşünür ki, iki ölkənin qeyri hökumət təşkilatları arasında olan münasibətlər elə dövlətlərin marağına uyğundur. Onun təbirincə desək prezident İlham Əliyevin bu səfərindən sonra əlaqələr daha yaxşıya doğru inkişaf edəcək:

“İki ölkə arasında baş tutan istənilən dialoq, konstruktivdir, yaxşıdır və yeni bir başlancığ kimi görünür. Qarabağ Fondu, şəxsən mən daha bir başlanğıc gözləyirəm. Təxmin edərəm ki, bu pozitiv inkişafdır. Necə pis ola bilər?”.

Beləliklə martın son günlərinə təsadüf edəcək səfərdən Azərbaycanın Amerikadakı dostları çox şey gözləyirlər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR