Con Kerri İrana təşəkkür etdi

Con Kerri İrana təşəkkür etdi
04:31 14 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Con Kerri İran hökumətinə öz təşəkkürünü bildirib. ANS PRESS-in məlumatına görə, Vaşinqton Milli Müdafiə universitetində çıxış edən Kerri saxlanılan hərbçilərin buraxılması üçün rəsmi Tehranın əməkdaşlığından danışıb. ABŞ rəsmisi problemin diplomatik və rəsmi yollarla həll olunmasına görə, məmnun qaldığını bildirib.

“Bu səhər əsgərlərimiz təhlükəsizlik içində ölkəmizə qayıdıb. İranın hökumət rəsmilərinə əməkdaşlıq etdiklərinə və sürətlə cavab verdiklərinə görə təşəkkür etmək istəyirəm. Diplomatik münasibətlər ölkələri təhlükəsizlik və sülh içində olmalarının bir sübutudur.”

Dünən Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi donanmasının gəmisinə aid 2 patrul qayığı İran İslam Respublikası İnqilab Keşikçiləri korpusunun hərbçiləri tərəfindən saxlanılmışdı. Saxlanılan 2 gəmidəki 10 ABŞ əsgərinin İran dəniz sərhədlərini pozduqları iddia olunmuşdu.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR