ABŞ komandosları İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqdadır

ABŞ komandosları İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqdadır
04:32 14 Yanvar 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ-ın xüsusi təyinatlı qüvvələri Bağdad hərbi qüvvələrinə İŞİD-ə qarşı mübarizə aparmaqda kömək etmək məqsədilə İraqa yetişib. "Report" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Eşton Karter deyib.
Müdafiə nazirinin sözlərinə görə, komandos qüvələrinin 200 üzvü artıq iraqlılarla əlaqə yaradıb və “yeni hədəflər, yeni hücumlar və yeni imkanlar” axtarır.
Eşton Karter bu açıqlamaları Kentukki ştatında Fort Kampbell bazasında 101-ci desant diviziyasının əsgərləri qarşısında çıxışı zamanı verib. Müdafiə naziri İraq və Suriyada geniş ərazilərin nəzarətinin İslam Dövləti qrupundan geri alınması planlarını izah edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR