ABŞ-da tüstülənən təyyarə təcili eniş etdi

ABŞ-da tüstülənən təyyarə təcili eniş etdi
05:04 14 Yanvar 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da Los-Anceles - Nyu-York marşrutu ilə uçan təyyarə Las-Veqas şəhərinin hava limanında təcili eniş edib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, buna pilotların kabinəsindəki tüstülənmə səbəb olub.

 

Sərnişin təyyarənin göyərtəsində 90 nəfərin olduğu bildirilir. Qeyd olunur ki, Las-Veqasda həyata keçirilən yoxlama zamanı hava gəmisində hər hansı nasazlıq qeydə alınmayıb.

 

Hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR