Türkiyədə terrorçular polis bölməsinə hücum ediblər: 22 yaralı

Türkiyədə terrorçular polis bölməsinə hücum ediblər: 22 yaralı
05:42 14 Yanvar 2016
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Diyarbakır vilayətində terrorçular polis bölməsinə hücum ediblər.
"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, bölmə binasının qarşısında partlayıcı maddələrlə dolu avtomobili partladan PKK terrorçuları iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə hücuma keçiblər.
Nəticədə azı 22 nəfər yaralanıb.
Hazırda Çinari rayonunda davam edən döyüş zamanı yaralanan polis bə hərbçilər Diyarbakır Dövlət Xəstəxanası gətirilir.  



Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-terrorcular-polis-bolmesine-hucum-edibler-22-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR