ABŞ-da neft buruğu yandı

ABŞ-da neft buruğu yandı
05:49 14 Yanvar 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Oklahoma ştatında neft buruğunda yanğın baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə  görə, “Continental Resources” şirkətinə məxsus neft buruğu Çikaşey şəhərindən 10 km şərqdə yerləşir.

 

İlkin məlumata əsasən, hadisə nəticəsində müxtəlif avadanlıqlara və 20 yük maşınına ziyan dəyib. Zərərçəkənlər barədə məlumat verilmir.

 

Ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Yanğının başvermə səbəbləri hələ ki, bəlli deyil.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228605

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR