"Roma"nın yeni baş məşqçisi (FOTO)

"Roma"nın yeni baş məşqçisi (FOTO)
06:26 14 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Rudi Qarsiyanın istefasından sonra "Roma"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

ANS PRESS-in məlumatına görə, "canavar"lara Luçiano Spaletti rəhbərlik edəcək.

Onunla 1,5 illik müqavilə imzalanacaq. Məlumatı klub rəhbərliyi də təsdiqləyib. Spaletti artıq komanda üzvlərinə təqdim olunub.
Sonuncu dəfə "Zenit"in "sükanı arxası"nda olan Spaletti 2005-2009-cu illərdə də "Roma"nı çalışdırmışdı.


Luçiano Spaletti

İtaliyanın "Roma" klubu baş məşqçisi Rudi Qarsiya ilə ötən gün yollarını ayırıb. Buna komandanın son turlarda uğursuz çıxış etməsi səbəb olub. Qarsiyanın rəhbərliyi ilə komandanın son 7 oyunda cəmi 1 qələbəyə sevinməsi klubun başbilənləri belə addım atmağa vadar edib. Rudi Qarsiya 2013-cü ildə “Roma”nın baş məşqçisi olub. Komanda 2 mövsum ard-arda İtaliya çempionatının gümüş medalçısı olub.Məlumatı klubun rəsmi saytı yayıb. Hazırda "canavarlar" 34 xalla 5-ci pillədə qərarlaşıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR