Toyuq ilə pepperonata - FOTO

Toyuq ilə pepperonata - FOTO
07:05 14 Yanvar 2016
52 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az toyuq ilə pepperonatanın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

500 q toyuq filesi
1 x.q. un
duz-istiot
2 baş soğan 
4 diş sarımsaq 
2 fərqli rəngli bolqar bibəri 
400 q pomidor (öz suyunda pomidor konservi də götürmək olar)
2 x.q. tomat pastası (konserv istifadə edcəksinizsə, gərək deyil)

Toyuğu yuyub tərəfi 2 sm olan kubiklərə doğrayın. Duz-istiot vurun. Un vurub qarışdırın. 

Tavada 2 x.q. bitki yağını qızdırıb toyuq ətini 5-7 dəqiqə qovurun. Bir qaba yığın. 

Sarımsağı doğrayın, yaxud əzin. 

Soğanı yarımhalqa doğrayın. 

Bibəri saman kimi doğrayın.

Pomidorların qabığını soyub 2 x.q. tomat pastası əlavə edərək blenderdə xırdalayın.

Toyuğu qovurduğunuz tavada soğanla sarımsağı 4-5 dəqiqə qovurun. Bibəri əlavə edib daha 5 dəqiqə qovurun. 

Toyuq ətini əlavə edin. Pomidor püresini əlavə edin, qaynara düşəndən sonra 20-25 dəqiqə bişirin. 

Süfrəyə verərkən üzərinə göyərti səpə bilərsiniz.

Nuş olsun! 

Milli.Az 




Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/396752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR