Türkiyənin Mardin vilayətində də Jandarmeriya bölməsinə silahlı hücum olub

Türkiyənin Mardin vilayətində də Jandarmeriya bölməsinə silahlı hücum olub
07:22 14 Yanvar 2016
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Mardin vilayətində bu gecə Jandarmeriya bölməsinə silahlı hücum olub.
"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Bakı saatı ilə 01.15-də PKK terrorçuları vilayətin Midyat rayonunda Jandarmeriya bölməsini minaatanlardan və iriçaplı pulemyotlar atəşə tutublar.
Hərbçilər terrorçulara dərhal cavab atəşi açıblar. 20 dəqiqə davam edən atışmadan sonra PKK silahlıları hadisə yerindən qaçıblar. Onların tutulması üçün bölgədə əməliyyatlar davam edir.
Zərərçəkənlər barədə məlumat verilmir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/turkiyenin-mardin-vilayetinde-de-jandarmeriya-bolmesine-silahli-hucum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR