Alp dağlarında qar uçqunu faciəsi: ölənlər var (VİDEO)

Alp dağlarında qar uçqunu faciəsi: ölənlər var (VİDEO)
07:26 14 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Fransada Alp dağlarında şagird qrupu qar uçqununa düşüb. ANS PRESS-in “Eurows”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 məktəblinin öldüyü 5 nəfərin itkin düşdüyü bildirilir. 2 nəfər isə ağır xəsarət alıb. Ölənlərdən biri ukraynalı turistdir. Hazırda itkin düşənlərin axtarışları davam etdirilir.

Axtarış xilasetmə əməliyyatlarına 60-dan çox xilasedici cəlb olunub. Həmçinin, 4 helikopter də əməliyyatlara dəstək verir.

Qar uçqununa səbəb digər qrupların xizək sürməsi olub. Rəsmilər şagird qrupun təhlükəli yerlərdə xizək sürdüklərini bildiriblər.

Faciə barədə məlumat verən bölgə meri ölən şagirdlərin 14 yaşında olduqlarını bildirib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369665

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR