Putin Obama ilə danışıb

Putin Obama ilə danışıb
07:37 14 Yanvar 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
 
"Yanvarın 13-də ABŞ tərəfinin təşəbbüsü ilə Vladimir Putin və Barak Obama arasında telefon danışığı olub. Prezidentlər Ukrayna və Suriyadakı böhranın həlli yollarını ətraflı müzakirə ediblər, Koreya yarımadasındakı vəziyyətə toxunublar", məlumatda deyilir.
 
Tərəflər Ukraynanın şərqindəki münaqişə ilə bağlı əlaqələrin daha da artırılmasının vacibliyini vurğulayıblar.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR