“Şarl Hebdo” yenə də məqsədini aşdı (FOTO)

“Şarl Hebdo” yenə də məqsədini aşdı (FOTO)
09:06 14 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Fransada nəşr olunan satirik “Şarl Hebdo” jurnalı növbəti dəfə qalmaqallı karikaturaya imza atıb. ANS PRESS-in məlumatına görə, nəşr bu dəfə Türkiyədə Bodrum sahillərində cəsədi aşkarlanan 3 yaşlı suriyalı mühacir Aylan Kurdini Avropadakı təcavüz hadisələri ilə əlaqələndirib.

“Riss” – Loren Sourissey (Laurent Sourisseau) imzalı karikaturada Aylan Kurdinin böyüyəndə Almaniaydakı təcavüzçülərdən biri ola biləcəyinə eyham vurulub.

“Qaçqınlar” başlıqlı karikaturada dairənin içində Aylan Kurdinin sahildə qalan cəsədi çəkilib və yanında, “Kiçik Aylan böyüyəndə nə oalcaqdı?” yazılıb.



Bu sualın altında qaçan qadınları əlləri açıq vəziyyətdə qovan iki kişi çəkilib.

Karikaturanın altınsda isə fransız dilində əllə seksual xarakterli hərəkət edən mənasını verən “Tripoteur” – ifadəsi ilə “Almaniyada təcavüzçü” yazılıb.

“Şarl Hebdo”nun bu karikaturası sosial şəbəkələrdə kəskin etirazlarla qarşılanıb, jurnal irqçilikdə və islamafobiyada ittiham olunub.

“Şarl Hebdo” jurnalı bundan əvvəl də dəfələrlə müxtəlif qrupları, xüsusilə də müsəlmanları qıcıqlandıracaq karikaturalara imza atıb. Bu səbəblər bəhanə edilərək ötən il jurnalın binasında terror hadisəsi də törədilmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR