​“Rəvan Sığorta”nın “Atəşgah Sığorta”ya qarşı apellyasiya şikayətinə baxılıb

09:12 14 Yanvar 2016
13 Sosial
Ölkə mətbuatı
A- A+

“Report”un məlumatına görə, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, birinci instansiya məhkəməsinin ASC-nin xeyirinə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, ötən il “Rəvan Sığorta” ASC “Atəşgah Sığorta” MMC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC pul tələbi barədə iddia irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan “Atəşgah Sığorta” şirkəti apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR