İndoneziyanın paytaxtında bir neçə partlayış olub

İndoneziyanın paytaxtında bir neçə partlayış olub
09:37 14 Yanvar 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 Yanvar. REPORT.AZ/ İndoneziyanın paytaxtı Cakartanın mərkəzində bir neçə partlayış baş verib.
"Report" AFP-yə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı üç nəfər ölüb.
Məlumata görə, partlayışlardan biri Birləşmiş Millətlər Təşkilatının ofisinin yaxınlığında meydana gəlib. Daha bir partlayış ticarət mərkəzinin qarşısında həyata keçirilib. Burada da dəbdəbəli hoteller, səfirlik və ofis binaları yerləşir.
Artıq İndoneziya polisi partlayışlar olması faktını təsdiqləyib və partlayıcı qurğunun işə salındığını bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-ndoneziyanin-paytaxtinda-bir-nece-partlayis-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR