Pornoulduz Rusiya səfirliyi qarşısında soyundu

Pornoulduz Rusiya səfirliyi qarşısında soyundu
09:52 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Britaniyalı pornoulduz Samanta Bentli meymunların kosmosa göndərilməsinə qarşı etiraz aksiyası çərçivəsində Rusiyanın Londondakı səfirliyinin qarşısında soyunub.

Publika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə PETA ("Heyvanlarla etik davranış tərəfdarları") qeyri-kommersiya təşkilatının press-relizində deyilir.

Təşkilatın fəalları 2017-ci ildə  kosmik uçuşun icrası üçün dörd meymunun hazırlanmasını nəzərdə tutan "Roskosmos"un proqramlarına qarşı çıxırlar. Bentli də uzanmış pozada Rusiya səfirliyinin qarşısında "Roskosmos"un proqramlarına etiraz edib.

Kosmonavt dəbilqəsi geyinən pornoulduzun ətrafında süni qan tökülüb. Onun qarşısını isə "Marsda meymunlar: bəşəriyyət üçün nəhəng geri sıçrayış" yazılıb.  

Aktrisanın özü qeyd edib ki, "Roskosmos"un planları onu dəhşətə gətirib.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR