Dollar və avro bahalaşdı - MƏRKƏZİ BANK

Dollar və avro bahalaşdı - MƏRKƏZİ BANK
09:49 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bu gün yanvarın 13-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi möhkəmlənib.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 14-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 13-ü ilə müqayisədə 0,0024 manat və ya 0,15% artaraq 1,5706 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,74% və ya 0,0126 manat artaraq 1,7106 manata yüksəlib.

 

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,49% artaraq 0,0204 manat səviyyəsində qərarlaşıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228608

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR