"İstənilən ssenariyə hazır olmalıyıq"

"İstənilən ssenariyə hazır olmalıyıq"
09:57 14 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinin üzvləri ilə görüşüb.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı nazirləri peşəkar davranmağa, 2016-cı ildə Rusiya və dünya iqtisadiyyatında yaranacaq problemlərə vaxtında reaksiya verməyə çağırıb.
 
"Maliyyə və xammal bazarlarındakı vəziyyəti diqqətlə izləmək lazımdır. Hakimiyyət Rusiya iqtisadiyyatının inkişafı üzrə istənilən ssenarilərə hazır olmalıdır. Biz vəziyyətin istənilən inkişafına hazır olmalıyıq. Bilirəm ki, hökumət artıq vəziyyətin analizinə başlayıb", - Rusiya prezidenti deyib.
 
Maliyyə və İqtisadi İnkişaf Nazirliklərindən başqa digər nazirlikləri də ümumi prosesə qoşulmağa çağıran Putin, eyni zamanda, çarəsizliyini ifadə edib: "Bu, o demək deyil ki, biz indi nəyisə kəskin dəyişdirməliyik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR