Nazirlik məktəbdə döyülmə faktı ilə bağlı araşdırmalara başladı (video)

Nazirlik məktəbdə döyülmə faktı ilə bağlı araşdırmalara başladı (video)
10:03 14 Yanvar 2016
88 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Sumqayıtda 22 saylı orta məktəbin şagirdin müəllimi tərəfindən döyülməsi faktı araşdırılır.

Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, araşdırmanın nəticələri ictimaiyyətə təqdim ediləcək.

Xatırladaq ki, sosial şəbəkələrdə Sumqayıt şəhər orta məktəbin 22 saylı orta məktəbin şagirdinin İdris adlı tarix müəllimi tərəfindən döyülməsi ilə bağlı video yayılıb. Müəllim dərsdə şagirdin başına çox sayda zərbələr endirib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2480195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR