"Messinin fikirlərini oxuyanda qürur duydum"

"Messinin fikirlərini oxuyanda qürur duydum"
10:12 14 Yanvar 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya millisinin baş məşqçisi Visente del Boske "Marca" radiosuna açıqlamalar verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis "qırmızı furya" və son hadisələr haqqında danışıb.

Gələcəyi barədə. Hazırda Rusiyadakı dünya çempionatı barədə düşünmürəm. Mənim taleyimə aydınlıq gəlməsinə qarşıda çox vaxt var.

Daxili amillər. Düşünmürəm ki, millinin sükanı arxasında qalıb-qalmamağım Vilların federasiya prezidenti seçilməsinə (seçki aprelin 22-ə təyin olunub) bağlı olsun. Əksəriyyətin fikrinə qarşı çıxmaq istəyim yoxdur. Mənim 65 yaşım var və həyatımın qalan hissəsini söz-söhbətlə keçirmək istəmirəm.

FİFA-nın simvolik yığması. Burada "Atletiko"dan futbolçu olmaması məni təəccübləndirdi. Ötən mövsüm komanda yaxşı çıxış etmişdi.

Rafa Benitesin istefaya göndərilməsi. Hər hansı klubun daxili işinə qarışmaq mənim tərəfimdən səhv addım olardı. Bu, "Real"ın öz məsələsidir.

İspaniya millisinin uğurları. Leo Messinin fikirlərini oxuyanda qürur duydum. O, qazandığı 5 "Qızıl top"u 1 dünya kubokuna dəyişdiyini açıqlamışdı.

Millidə məşhur oyunçularla dil tapmaq. Ulduzlardan təşkil olunmuş heyətə normal yanaşmaq lazımdır. Çox ciddi olmaqla üstünlük əldə etməməlisən. Amma özünü axmaq yerinə qoymaq da olmaz. Öz istəklərini məşqçiyə diqtə edən qrupla şəxsi təcrübəmdə rastlaşmamışam.

Pike və Koşta barədə. Sosial şəbəkədən necə istifadə etməyi və ya ümumiyyətlə, ondan uzaq durmağı bilməlisən. Mümkün qədər birliyi saxlamaq lazımdır. Koşta yaxşı təsir bağışlasa, Avropa çempionatına aparılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR