"Neftçi" AZAL-a qarşı

"Neftçi" AZAL-a qarşı
10:37 14 Yanvar 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

Qış fasiləsini Azərbaycanda keçirmək məcburiyyətində qalan klubların iştirakı ilə təşkil olunan turnir start götürür.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, püşkatmasına 6 komandanın qatıldığı yarışın ilk oyun günündə 1 qarşılaşma keçiriləcək.

Bu gün Bakı klublarının yer aldığı B qrupunda mübarizə başlayacaq. Turnirin ilk matçında Azərbaycan Premyer Liqasının iki komandası üz-üzə gələcək.
 
Bu komandaların çempionatın turnir cədvəlində də qonşu olması yoxlama oyununa da maraq oyadır. Mövsümün hər iki görüşündə uduzan "Neftçi" məğlubiyyətlərin əvəzini heç olmasa bu turnirdə çıxmağa çalışacaq.
 
Qeyd edək ki, "Neftçi" və AZAL-la eyni qrupda I divizion təmsilçisi MOİK-də mübarizə aparır.
 
I tur
B qrupu
14 yanvar
13:00. "Neftçi" - AZAL

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR