İngiltərəli azarkeş 15 oyunun nəticəsini düz taparaq 306 min funt qazanıb

İngiltərəli azarkeş 15 oyunun nəticəsini düz taparaq 306 min funt qazanıb
10:42 14 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ İngiltərənin "Derbi Kaunti" futbol klubunun 21 yaşlı azarkeşi 15 oyunun nəticəsini düz taparaq 306 min 139 funt qazanıb. "Report"un "The Mirror"a istinadən verdiyi məlumata görə, gənc fanat 96 funt sterlinq pul qoyuluşu edib. 
Oyunların çoxu İngiltərə Kubokuna təsadüf edib. Bəzi nəticələr, məsələn, "Oksford"un Premyer Liqa təmsilçisi "Suonsi" üzərində qələbəsi gözlənilməz olub. 
Qalib azarkeş qazandığı pulu atasının ipoteka borcuna və istirahətə xərcləyəcəyini açıqlayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR