FİFA-nın baş katibi vəzifəsindən kənarlaşdırılıb

FİFA-nın baş katibi vəzifəsindən kənarlaşdırılıb
10:53 14 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
FİFA-nın baş katibi Jerom Valke vəzifəsindən kənarlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Jerom Valke 2014-cü ildə keçirilmiş futbol üzrə dünya çempionatında qanunsuz yolla bilet satışında şübhəli bilinir.
2007-ci ildən FİFA-nın baş katibi vəzifəsində çalışan Jerom Valkeni Markus Kattner əvəzləyəcək.
Qeyd edək ki, J.Valke səlahiyyətlərinin icrasından sentyabrda kənarlaşdırılmışdı. Oktyabrda 90 günlüyünə vəzifəsindən uzaqlaşdırılan Valkenin müddəti yanvarda daha 45 gün artırılıb. Yanvarın 7-də isə FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası tərəfindən funksionerə qarşı iş açılıb.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR